“Azərbaycandan dizel idxalı Ermənistana müsbət təsir göstərir”

azerbaycandan-dizel-idxali-ermenistana-musbet-tesir-gosterir
Oxunma sayı: 621

“Azərbaycandan dizel yanacağının idxalı, eləcə də maye qazın mümkün idxalı artıq Ermənistanın iqtisadi mühitinə müsbət təsir göstərir”.  

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın maliyyə naziri Vaqe Ovanisyan söyləyib. 

O həmçinin “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin Ermənistanın ümumi daxili məhsuluna (ÜDM) nə dərəcədə təsir edəcəyini söyləməkdə çətinlik çəkdiyini bildirib:

“Hazırda “Tramp Marşrutu” layihəsinə yatırımların həcmi və mümkün təsiri barədə məlumatım yoxdur, çünki bu, layihələndirmə mərhələsində və ya o, başa çatdıqdan sonra məlum olacaq”.

Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq, ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Bu ilin yanvar ayında isə Azərbaycandan Ermənistana 1742 ton “Aİ-95” markalı benzin və 956 ton dizel ixrac olunub