Suraxanıda Tibb İşçilərinin Peşə Bayramı qeyd olundu - Fotolar

suraxanida-tibb-iscilerinin-pese-bayrami-qeyd-olundu
Oxunma sayı: 344

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİHB-nin müavinləri, rayonun səhiyyə müəssisələrinin baş həkimləri və tibb işçiləri iştirak ediblər.

Tədbir iştirakçıları Suraxanı rayonu ərazisində yerləşən Heydər Əliyev parkında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Daha sonra Rayon İcra Hakimiyyətinin konfrans zalında davam edən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca səhiyyə işçilərinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev tibb işçilərini peşə bayramı günü münasibətilə təbrik edib, onların cəmiyyətin sağlamlığının qorunması, əhalinin tibbi xidmətlə təmin olunması istiqamətində gördükləri fədakar əməyin dövlət tərəfindən daim yüksək qiymətləndirildiyini vurğulayıb. Rayon rəhbəri səhiyyə sahəsində həyata keçirilən islahatlar, tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən işlər barədə fikirlərini bölüşərək bütün tibb işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Respublika Ağciyər Xəstəlikləri Mərkəzinin Doğum Evinin baş həkimi Sevinc Şükürova, 23 nömrəli Şəhər Poliklinikasının baş həkimi Sənan Əliyev və 30 nömrəli Ambulatoriyanın baş həkimi Gülşən Yusubova səhiyyə sahəsində çalışan əməkdaşların üzərinə düşən məsuliyyətdən, əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub.