Meloni siqareti tərgitdiyini açıqladı - Ərdoğanla söhbəti yada düşdü - Video

meloni-siqareti-tergitdiyini-aciqladi
Oxunma sayı: 1796

İtaliyanın Baş naziri Corcia Meloni siqaretdən imtina edib. 

“Qafqazinfo” xəbər verir ki, bunu o, Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində həmkarları ilə qeyri-rəsmi söhbət zamanı açıqlayıb. 

Belə ki, sosial şəbəkələrdə yayılmış görüntülərdə Meloni söhbət əsnasında qəhvə içməli olduğunu söyləyib. Almaniya Kansleri Fridrix Mertsin “Bəs siqaret?” sualına İtaliyanın Baş naziri “Bir ay əvvəl atmışam” cavabını verib. Həmkarları Melonini bu qərarına görə təbrik ediblər.

Xatırladaq ki, ötən ilin sonlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Melonini siqaret vərdişinə görə zarafatla məzəmmət etmişdi.