“Resmi Gazete”də Türkiyə Böyük Millət Məclisinin (TBMM) yay tətilinə çıxmaması ilə bağlı qərar dərc olunub.
“Qafqazinfo” xəbər verir ki, qərara əsasən, iyulun 1-dən etibarən tətilə çıxmalı olan parlament fəaliyyətini davam etdirəcək.
Məlumata görə, qərar Konstitusiyanın 93-cü maddəsi və TBMM-in Daxili Nizamnaməsinin 5-ci maddəsinə uyğun olaraq, Baş Məclisin iyunun 16-da keçirilən 102-ci iclasında qəbul edilib.
Beləliklə, normal qaydada 1 iyul 2026-cı il tarixində yay tətilinə çıxmalı olan Türkiyə Böyük Millət Məclisi fəaliyyətini dayandırmayacaq və qanunvericilik işlərini davam etdirəcək.
Son xəbərlər
Son Xəbərlər