“And olsun vermərəm, Qurban ətidir, nəsə yoxdur” - Aeroportda çətin anlar+Video

and-olsun-vermerem-qurban-etidir-nese-yoxdur
Oxunma sayı: 1323

Türkiyədə hava limanında azərbaycanlı qadının baqajından qurban əti çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DMAX telekanalında yayımlanan “Gümrük Muhafaza Türkiye” verilişində kadrlar təqdim olunub.

Görüntülərdə Sabiha Gökçen Hava Limanında sənədləri və çantası yoxlanılan azərbaycanlı qadının baqajından ət məhsulu aşkarlanır. Qadın bunun anasının ona verdiyi qurban əti hədiyyəsi olduğunu bildirərək götürülməməsini xahiş edib:

“And olsun vermərəm, Qurban ətidir, burada nəsə yoxdur”.

Lakin gömrük əməkdaşları qaydalara uyğun olaraq əti müsadirə edib, sənədləşmədən sonra qadının digər şəxsi əşyaları özünə qaytarılıb.

Həmin görüntüləri təqdim edirik: