Arvadına işə gedəcəyini deyib Taylandda başqa qadınla evləndi

arvadina-ise-gedeceyini-deyib-taylandda-basqa-qadinla-evlendi
Oxunma sayı: 998

İngiltərədə baş verən inanılmaz xəyanət hadisəsi ölkə mətbuatının gündəminə düşüb. 56 yaşlı menecer Devid Körtis 16 illik həyat yoldaşına işə gedəcəyini bildirərək evi tərk edib, daha sonra isə özündən 21 yaş kiçik qadınla evlənmək üçün Taylanda qaçıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə 2025-ci ilin aprel ayında başlayıb.

56 yaşlı Devid Körtis 51 yaşlı həyat yoldaşı Kirsti ilə ailəvi şam yeməyindən sonra ona sevgisini bildirərək işə getdiyini desə də, bir daha evə dönməyib.

Bir neçə gün sonra həyat yoldaşına mesaj yazaraq psixoloji çətinliklər yaşadığını, evliliyə fasilə vermək və dünya turuna çıxmaq istədiyini qeyd edib. Dərhal sonra ərinin onu bütün əlaqə vasitələrində blokladığını və pasportunun da yoxa çıxdığını görən Kirsti boşanmaq üçün məhkəməyə müraciət edib.

Araşdırmalar zamanı məlum olub ki, Taylanda yollanan Körtis burada tanış olduğu 35 yaşlı Kvanta Satipjan ilə qanuni nikahı davam etdiyi halda 2025-ci ilin noyabrında evlənib.

Böyük xəyanətin üstü isə gözlənilmədən açılıb. Körtis “Facebook” üzərindən yaxınlarına toy dəvətnamələri göndərib, yeni həyat yoldaşı isə İngiltərədə planlaşdırılan bal ayı fotolarını sosial şəbəkədə paylaşıb. Ərinin toy dəvətnaməsini görərək şoka düşən Kirsti polisə müraciət edib.

2026-cı ilin fevralında İngiltərəyə qayıdan Körtis Hitrou hava limanında hüquq-mühafizə organları tərəfindən saxlanılıb. İkiqat nikahda ittiham olunan Körtis Nottingem Məhkəməsinin qərarı ilə 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə cəzanı 18 ay müddətinə təxirə salaraq, ona 100 saat ödənişsiz ictimai iş və 804 funt-sterlinq məbləğində cərimə cəzası kəsib.

Ağır xəyanətlə üzləşən Kirsti ərinin yoxa çıxdığı dövrdə ciddi əməliyyat keçirdiyini və 20 illik işini itirdiyini bildirərək, bu hadisədən sonra insanlara inamının tamamilə sarsıldığını vurğulayıb.