Şri-Lankada üç avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 4 nəfər ölüb, 70-ə yaxın şəxs yaralanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, əvvəlcə Şri-Lanka Nəqliyyat İdarəsinə məxsus iki avtobus toqquşub. Daha sonra üçüncü avtobus onlardan birinə çırpılıb.
Hadisənin başvermə səbəbləri Mihintale polisi tərəfindən araşdırılır.
Son xəbərlər
Son Xəbərlər