Azərbaycanla Albaniya arasında viza aradan qaldırıldı - Sənəd qəbul edildi

azerbaycanla-albaniya-arasinda-viza-aradan-qaldirildi
Oxunma sayı: 1273

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin aradan qaldırılmasına razılıq verib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Zaur Mirzə