“Azəriqaz” rəhbərliyi vətəndaşları bu dəfə Lənkəranda qəbul edəcək

azeriqaz-rehberliyi-vetendaslari-bu-defe-lenkeranda-qebul-edecek
Oxunma sayı: 220

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktoru Azər Məmmədov vətəndaş qəbulu keçirəcək. 

“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulu martın 6-sı saat 11:00-da Lənkəran şəhəri, Heydər Əliyev Mərkəzində baş tutacaq. 

Görüş zamanı Lənkəran, Lerik və Astara rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır. 

Qəbula dair əlavə məlumat almaq istəyənlər Lənkəran Regional Qaz İstismarı İdarəsinə (tel: 050 845 95 01; 050 845 90 52; 050 845 92 30) müraciət edə bilərlər.