“Azərreyl”in kişilər komandası da ölkə çempionu oldu

azerreylin-kisiler-komandasi-da-olke-cempionu-oldu
Oxunma sayı: 1263

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, həlledici matçda “Murov Az Terminal” və “Azərreyl” komandaları üz-üzə gəliblər.

Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşmada “Azərreyl” ilk iki setdə qalib gəlib – 25:20, 25:22.

İlk final matçında 3:0 hesabı ilə üstün olan “Azərreyl” titula sahib çıxıb.