AZSİF-in idmançıları Mersində beynəlxalq surfkastinq turnirində birinci oldular - Fotolar-Video

azsif-in-idmancilari-mersinde-beynelxalq-surfkastinq-turnirinde-birinci-oldular
Oxunma sayı: 237

Türkiyənin Mersin şəhərində keçirilən 9-cu“Uluslararası Altın Kanca Surfkastinq Turnuvası” başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, 2-4 oktyabr tarixlərini əhatə edən çempionatda Azərbaycan bayrağını yüksəklərə qaldıran Bakı Balıqçılar Klubunun idmançıları Çingiz Qəniyev və Nəcəf Qurbanov ölkələr arası yarışda birinci yerə layiq görülüblər.

​Gərgin və rəqabətli şəraitdə keçən turnirdə Azərbaycana qələbə qazandıran idmançılarımız Şimali Kipr Türk Respublikası, Tunis, Yunanıstan və Mərakeşdən gələn güclü rəqibləri geridə qoymağı bacarıblar.

​Qeyd edək ki, Azərbaycan idmançıları bu mötəbər beynəlxalq çempinonata Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Su İdmanı Federasiyasının dəstəyi ilə qatılıblar. Ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edən nümayəndə heyətimizin bu uğuru milli idman tariximizə növbəti parlaq qələbə kimi yazılıb.