“Bakı Metropoliteni” QSC-də yeni kadr təyinatları olub.
“Qafqazinfo” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı qurum sədri Vüsal Aslanov müvafiq əmrlər imzalayıb.
Əmrlərə əsasən, Aydan Qurbanova QSC-nin Strateji İnkişaf Departamentinin Dayanıqlılıq şöbəsinin rəisi, Rəsul Rzayev isə QSC-nin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) şöbəsinin rəis müavini vəzifəsinə təyin olunub.
Digər əmrlə, Rəşad İbrahimov Bakı metrosunun Satınalma şöbəsinin rəis müavini vəzifəsindən azad olunub.
Son xəbərlər
Son Xəbərlər