Bakıda marşrut avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, dünən saat 22 radələrində Nizami rayonu Bəkir Çobanzadə küçəsində 81 saylı marşrut üzrə hərəkət edən avtobus 2 piyadanı vurub. Zərbənin gücündən piyadalar qarşıdan gələn “Saipa” markalı minik avtomobilinin üstünə düşüb. Ağır xəsarət alan piyada, 1990-cı il təvəllüdlü Amin Budaqov hadisə yerində ölüb. Digər piyada, 1979-cu il təvəllüdlü Rəsul Tomayev isə xəstəxanaya yerləşdirilib.
Avtobusun sürücüsü Arif Ələsgərov barəsində Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
***
81 saylı marşrut xəttini istismar edən "Çinar-Trans" MMC-nin direktoru İsmayıl Hüseynov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qəzanın görüntüləri araşdırılır: “Şirkətimizə məxsus “Karsan” markalı avtobusun kamera görüntüləri götürülüb. Sürücünün bildirdiyinə görə, hadisə vaxtı saatda 30-40 kilometr sürətlə hərəkətdə olub və piyadalar qəfil onun qarşısına çıxıb”.
Həmçinin oxuyun: Сын Полада Гашимова принял участие в мероприятии Минобразования