“Bu günə qədər olan ən yaxşı səfərimizdir” - Bakıdan paylaşım etdilər

bu-gune-qeder-olan-en-yaxsi-seferimizdir
Oxunma sayı: 1324

Ötən gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ”la qarşı-qarşıya gələn “Nyukasl” klubunun azarkeş səhifəsi Azərbaycana səfər barədə paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, “Nyukasl”ın ən böyük azarkeş klubu olan “Newcastle United Supporters’ Club” “X” hesabında paylaşım edərək Bakı barədə bunları yazıb: “Son bir neçə gün ərzində xoş qarşılanma və qonaqpərvərliyinə görə Bakıya, Azərbaycan xalqına təşəkkür edirik. Gözəl şəhərdir və fürsətiniz olarsa, səfər etməyinizi tövsiyə edirik. Bu bizim bu günə qədər etdiyimiz ən yaxşı səfərdir”.