“Baku Mediacal Plaza” klinikalar şəbəkəsinin kollektivi Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar

baku-mediacal-plaza-klinikalar-sebekesinin-kollektivi-heyder-eliyevin-mezarini-ziyaret-etdi
Oxunma sayı: 2996

12 dekabr tarixi ölkəmizdə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü kimi qeyd olunur. 

Ötən illər ərzində görkəmli şəxsiyyətin, əbədiyaşar Prezidentimizin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Bütün il boyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıtmış, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınmış böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər.  

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Baku Medical Plaza” Klinikalar şəbəkəsinin (BMP) rəhbərliyi və şəxsi heyəti Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib. Klinikaların həkim heyəti və texniki əməkdaşları ulu öndərin məzarı üzərinə gül dəstələri qoyub, əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar. 

Müasir və qüdrətli Azərbaycan dövlətinin banisi, xalqımızın xilaskarı,  dünya miqyaslı siyasətçi Heydər Əliyevin əziz xatirəsi qəlbimizdə əbədi olaraq yaşayacaqdır. 

Ziyarət zamanı ümummilli liderin ömür-gün yoldaşı, Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.