UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində “Barselona” möhtəşəm qələbə ilə start verib.
“Qafqazinfo” xəbər verir ki, 1-ci turun ilk matçında Kataloniya təmsilçisi “Kamp Nou”da Niderlandın “Feyenoord” klubunu 5:1 darmadağın edib
Meydan sahibləri oyuna sürətli başlayıblar. 3-cü dəqiqədə Rafinya hesabı açıb. 22-ci dəqiqədə Karim Adeyemi komandasının üstünlüyünü iki qata çatdırıb. İkinci hissənin 57-ci dəqiqəsində Rafinya dublunu rəsmiləşdirərək Çempionlar Liqasında özünün 20 və 21-ci qollarına imza atıb.
77-ci dəqiqədə Lamin Yamal möhtəşəm cərimə zərbəsi ilə hesabı 4:0 edib. Bu, gənc ulduzun turnirdəki 12-ci qolu olub. 82-ci dəqiqədə qonaqlardan Sem Steyn təsəlli qolunu vursa da, 85-ci dəqiqədə son nöqtəni əvəzedilmədən oyuna daxil olan Qabriel Jezus qoyub. Bu, braziliyalı hücumçunun Kataloniya klubunun forması ilə vurduğu ilk qol kimi tarixə düşüb.
Günün paralel keçirilən digər matçında isə Almaniyanın “Ştutqart” klubu öz meydanında Norveç “Vikinq”ini 3:1 hesabı ilə məğlub edib.
Son xəbərlər
Son Xəbərlər