Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk iştirakçıları bəlli olacaq.
“Qafqazinfo” xəbər verir ki, həmin komandaların adına 1/4 final mərhələsinin cavab görüşlərində aydınlıq gələcək.
İlk oyun günündə 2 qarşılaşma baş tutacaq. İspaniya klublarının duelində “Atletiko” “Barselona”nı qəbul edəcək. Madrid təmsilçisi səfərdəki ilk matçda rəqibini 2:0 hesabı ilə məğlub edib.
***
Matç başladı.
***
Lamin Yamal 4-cü dəqiqədə komandasını önə keçirir.
***
Ferran Torres 24-cü dəqiqədə fərqi artırır.
***
Ademola Lokman 31-ci dəqiqədə komandasının ilk qolunu vurur.
***
Fasilə.
***
İkinci hissə başladı.
***
Ferran Torres 55-ci dəqiqədə rəqib qapısına yol tapsa da, qol ofsayd səbəbindən ləğv olunur.
***
Erik Qarsiya 79-cu dəqiqədə sərt oyuna görə qırmızı kart alaraq, meydandan qovulur.
***
Matç başa çatdı. “Barselona” rəqibi üzərində 2:1 hesablı qələbə qazansa da, ümumi hesabda (3:2) madridlilər öndə olduğu üçün Kataloniya təmsilçisi mübarizəsini 1/4 finalda dayandırdı.






Son xəbərlər
Son Xəbərlər