Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun baş məşqçisi Ange Postekoqlu komandanın ulduz hücumçusu Krishtianu Ronaldonun növbəti matçda iştirak etməyəcəyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Goal” nəşri təcrübəli mütəxəssisin sözlərinə istinadən məlumat yayıb.
Noyabrın 2-də “Əl-Nəsr” Asiya Çempionlar Liqası çərçivəsində səfərdə Özbəkistanın “Paxtakor” klubu ilə qarşılaşacaq.
Baş məşqçi sıx oyun qrafikini nəzərə alaraq bir neçə əsas heyət oyunçusuna istirahət verməyi məqsədəuyğun bilib:
“Sıx qrafiki və tez-tez edilən səfərləri nəzərə alaraq Ronaldu, Koman və Simakana istirahət vermək qərarına gəldim. Biz əla formadayıq və sabiq matç bunu bir daha sübut etməlidir. Bu turnir bizim üçün böyük əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, 41 yaşlı K. Ronaldo bu mövsüm keçirdiyi 12 rəsmi oyunda 8 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
Son Xəbərlər