“Barselona”nın prezidenti istefa verdi

barselonanin-prezidenti-istefa-verdi
Oxunma sayı: 1150

İspaniyanın “Barselona” klubunda rəhbərlik səviyyəsində gözlənilməz kütləvi istefalar baş verib.

“Qafqazinfo” “Goal” nəşrinə istinadla xəbər verir ki, katalon klubunun prezidenti Joan Laporta və direktorlar şurasının bir neçə üzvü vəzifələrindən ayrılıblar.

Bildirilib ki, sözügedən addımın atılmasına səbəb martın 15-də şuraya keçiriləcək yeni seçkilərdir. Mövcud qanunvericiliyə və klubun nizamnaməsinə görə, Laporta və komandası seçkilərdə namizəd kimi iştirak etmək üçün hazırkı postlarını tərk etmək məcburiyyətində qalıblar.

Qeyd edək ki, yeni seçiləcək direktorlar şurası iyunun 30-dək fəaliyyət göstərəcək. Bu keçid dövründə isə klubun müvəqqəti prezidenti vəzifəsini Rafael Yuste icra edəcək.