“Barselona”nın səfər, “Atletiko”nun ev sınağı

barselonanin-sefer-atletikonun-ev-sinagi
Oxunma sayı: 1750

Çempionlar Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək. “Qafqzinfo” xəbər verir ki, ilk matçlar çərçivəsində İspaniyanın iki təmsilçisi meydana çıxacaq.

Onlardan “Barselona” Fransada PSJ-nin qonağı olacaq. “Atletiko” isə doğma arenasında Dortmund “Borussiya”sını sınağa çəkəcək. Bu cütlərdə cavab matçları aprelin 16-da təşkil ediləcək.

Qeyd edək ki, mərhələnin dünənki oyunlarında “Real”la “Mançester Siti” (3:3), “Arsenal”la isə “Bavariya” (2:2) heç-heçə edib.

Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar
10 aprel

23:00. “Atletiko” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya)
Baş hakim: Marko Quida (İtaliya)
Madrid, “Metropolitano” stadionu

23:00. PSJ (Fransa) – “Barselona” (İspaniya)
Baş hakim: Entoni Teylor (İngiltərə)
Paris, “Park De Prens” stadionu