Baş nazirdən Qarabağdakı sahibkarlarla bağlı - Qərar

bas-nazirden-qarabagdaki-sahibkarlarla-bagli
Oxunma sayı: 583

“İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”nın təsdiq edilməsi haqqında” 2 iyun 2023-cü il tarixli Qərarda dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, məlumatlar hər bir kommunal xidmət növü üzrə ayrılıqda təqdim
olunmalıdır

İqtisadiyyat Nazirliyi maliyyə yardımının ödənilməsi ilə əlaqədar növbəti il üzrə tələb olunan vəsaitlə bağlı büdcə layihəsini “Büdcə sistemi haqqında” Qanunun 11.8-ci maddəsinə uyğun olaraq iyulun 1-nə qədər Maliyyə Nazirliyinə təqdim edəcək.