Bayden Zelenskiyə yardımla bağlı vəd etdi

bayden-zelenskiye-yardimla-bagli-ved-etdi
Oxunma sayı: 1261

ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

O, Ukrayna Silahlı Qüvvələrinə 61 milyard dollarlıq yeni yardım paketinin bir hissəsi olaraq tez bir zamanda silah göndərəcəyini vəd edib.

“Prezident Bayden bildirib ki, onun administrasiyası Ukraynanın təcili döyüş ehtiyaclarını ödəmək üçün tezliklə yeni hərbi yardım paketləri təqdim edəcək”, - məlumatda qeyd olunub.

Bundan əlavə, telefon danışığı zamanı Bayden qeyd edib ki, Vaşinqton Ukraynaya hərbi münaqişə zamanı zədələnmiş mülki infrastrukturun bərpasında, həmçinin “Ukraynanın Avro-Atlantik inteqrasiya yolunda irəliləyişində” iqtisadi yardım göstərəcək.