Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşü keçirilir.
“Qafqazinfo” xəbər verir ki, tərəflər arasında ikitərəfli görüş başlayıb.
Görüş zamanı əsas olaraq Azərbaycan-Aİ arasında əlaqələr, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunur.
***
Tərəflər arasında geniş tərkibdə görüş başlayıb.
Danışıqlar zamanı əsas olaraq, Azərbaycanla Aİ arasında enerji, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlıq, eləcə də post-münaqişə vəziyyəti də daxil olmaqla, regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Günel İbrahimova