Adanada bir gündə ikinci zəlzələ

adanada-bir-gunde-ikinci-zelzele
Oxunma sayı: 399

Türkiyənin Adana vilayətinin Aladağ rayonunda 3.7 bal gücündə zəlzələ qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, AFAD məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 21:12 radələrində baş verən yeraltı təkanlar yerin 7 kilometr dərinliyində qeydə alınıb.

Qeyd edilib ki, Adanada səhər saatlarlarında da 3.5 bal gücündə digər bir zəlzələ baş vermişdi.