Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Milli Neft Şirkətinə (ADNOC) bağlı logistika müəssisəsinə məxsus gəmi Fars körfəzində hücuma məruz qalıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə BƏƏ-nin rəsmi informasiya agentliyi ADNOC-un bəyanatına istinadən məlumat yayıb.
Açıqlamada qeyd olunur ki, şirkətə aid gəmi günortadan sonra Əmirliklərin ərazi sularında hücumla üzləşib və zədələnib.
Bildirilib ki, aidiyyəti qurumlar hadisənin təfərrüatlarını və başvermə şəraitini aydınlaşdırmaq üçün işləri davam etdirir. Şirkət proseslərin gedişatı ilə bağlı əlavə məlumat verəcəyini bildirib. Hücumun xarakteri və gəmiyə dəyən ziyanın miqyası barədə təfərrüatlar hələlik açıqlanmayıb.
Son xəbərlər
Son Xəbərlər