Belqorodda PUA hücumu təhlükəsi elan edilib

belqorodda-pua-hucumu-tehlukesi-elan-edilib
Oxunma sayı: 842

Rusiyanın Belqorod şəhərində pilotsuz uçuş aparatı (PUA) ilə hücum təhlükəsi elan edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şəhər administrasiyasının teleqram kanalında məlumat verilib.

“Diqqət! PUA hücumu təhlükəsi elan edilib. Ayıq olun”, – deyə bəyanatda bildirilib.

Rusiya mediasının məlumatına görə, aprelin 23-nə keçən gecə Belqorod səmasında Ukrayna Silahlı Qüvvələrinin bir neçə hava hədəfi vurulub.