“Beşiktaş” növbəti mərhələyə yüksəldi

besiktas-novbeti-merheleye-yukseldi
Oxunma sayı: 404

“Beşiktaş” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda Danimarkanın “Midtyullann” klubunu 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, ilk matçda rəqibinə 0:1 hesabı ilə uduzan İstanbul təmsilçisi doğma azarkeşləri önündə vacib qələbə qazanıb.

Qarşılaşmanın ilk yarısında qol vurulmayıb – 0:0. İkinci hissədə Danimarka klubunun azlıqda qalmasından istifadə edən “ağ-qaralar” təzyiqi artırıb. Meydana sonradan daxil olan Milot Raşitsa hesabı açıb. 76-cı dəqiqədə isə komandanın kapitanı Orkun Kökçü penaltini dəqiq yerinə yetirərək matçın yekun hesabını müəyyənləşdirib – 2:0.

Bu qələbə ilə III təsnifat mərhələsinə vəsiqə qazanan “Beşiktaş”ın növbəti rəqibi Norveçin “Tromsyo” klubunu mübarizədən kənarlaşdıran Çexiyanın “Hradets-Kralove” komandası olub.