“Beşiktaş” onunla yollarını ayırdı

besiktas-onunla-yollarini-ayirdi
Oxunma sayı: 3570

“Beşiktaş” futbol klubu baş məşqçi Fernando Santosla yollarını ayırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi instaqram səhifəsində məlumat paylaşılıb:

“Santosa xidmətlərinə görə təşəkkür edir və gələcək həyatında uğurlar arzulayırıq”.

Qeyd edilib ki, mövsümün sonuna qədər kulubun texniki məsuliyyəti Sərdar Topraktepeyə həvalə edilib.