Beyləqanda “Gələcəyə nəfəs ol” aksiyası - Fotolar

beyleqanda-geleceye-nefes-ol-aksiyasi
Oxunma sayı: 1131

Hər il 11 noyabr tarixində Türk Dövlətlər Təşkilatına üzv dövlətlər tərəfindən “Gələcəyə nəfəs ol” devizi altında kütləvi aksiya keçirilir.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan bu aksiyaya növbəti dəfə qoşularaq dəstək olub.

“Gələcəyə nəfəs ol!” genişmiqyaslı ağacəkmə aksiyası ölkənin bütün regionlarında olduğu kimi Beyləqan rayonunda da keçirilib. 

Beyləqan Rayon İcra Hakimiyyətinin və 9 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin təşkilatçılığı ilə keçirilən aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİH-in əməkdaşları, eləcə də idarə müəssisə və təşkilat kollektivləri iştirak etdi. 

9 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Beyləqan rayonunda yerləşən 5 saylı Meşəbəyliyinin ərazisində keçirilən aksiyada 6 ha ərazidə 9900 ədəd müxtəlif ağac tingləri əkilmiş və 300 kq palıd toxumu səpilmişdir.

Əkilən tinglərə aqrotexniki qulluq göstərilməsi, qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb.