“Bəzi çağırışçılar xidmətdən yayınırlar” - Ermənistan MN

bezi-cagiriscilar-xidmetden-yayinirlar
Oxunma sayı: 2045

“Bəzi çağırışçılar xidmətdən yayınırlar”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan deyib.

O bildirib ki, hərbi xidmətə çağırışa gələnlər arasında ciddi problemlər var:

“Ordudan yayınma halları artsa da, biz onları həll etməyə çalışırıq... Düzdür, bu il yanvarda orduda “dedovşina” və qəzalar nəticəsində bir neçə hərbçi öldü. Bu, xoş olmayan haldır. Lakin bunların həllinə çalışırıq”.