Biçənək yolunda qaya uçqunu - Video

bicenek-yolunda-qaya-ucqunu
Oxunma sayı: 683

Güclü qar və yağışlar nəticəsində Naxçıvan MR-in Şahbuz rayon Biçənək kənd avtomobil yolunda qaya uçqunu baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Hadisə nəticəsində Zərnətün körpüsünün yaxınlığına, yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb.

Dərhal əraziyə Naxçıvan AYDA-nın texnikaları və canlı qüvvəsi cəlb olunub.

Qaya parçaları qısa müddət ərzində dağıdılaraq ərazidən yığışdırılıb, yolda rahat və təhlükəsiz hərəkət bərpa olunub.