Xəbər verdiyimiz kimi, Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi zamanı tanınmış hüquqşünas Fərhad Mehdiyevin qızı Zəhra Mehdiyeva həyatını itirib.
“Qafqazinfo” xəbər verir ki, mərhumun atası hadisə ilə bağlı jurnalistlərə açıqlama verib.
“Mən o videoya baxdım. Orada motosiklet yox, adi avtomobil olsaydı, bəlkə də, ölüm olmazdı. Amma yenə də qəza baş verə bilərdi. Çünki sağ tərəfdən də avtomobillər hərəkət edirdi. Sağa yönəlsəydi, sağdakı maşınlar vura bilərdi. Yolun sol tərəfində dayanmaq olduqca təhlükəlidir. Nasaz maşını niyə sürürsən axı?! Sürət yolunu bağlamaq olmaz. Kimsə orada bədbəxt hadisə ilə üzləşəcəkdi, bu da mənim qızımın başına gəldi”, – Fərhad Mehdiyev deyib.
Faktla bağlı araşdırma aparılır.
Daha ətiraflı “Baku TV”nin süjetində:
Son xəbərlər
Son Xəbərlər