Abşeron rayonu Xırdalan şəhərində faciəvi şəkildə həyatını itirən 19 yaşlı Esmira İsayeva tələbə imiş.
“Qafqazinfo” xəbər verir ki, dünən səhər yaşadığı “AAAF Park” yaşayış sahəsindəki 12 mərtəbəli binanın 7-ci mərtəbəsindən yıxılaraq ölən qız Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsində təhsil alırmış.
O, fizika müəllimliyi ixtisasının I kurs tələbəsi olub.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər
Son Xəbərlər