Bir ayda Avropada 10 mindən çox ölüm - İstilərə görə

bir-ayda-avropada-10-minden-cox-olum
Oxunma sayı: 439

İyun ayında Avropada qeydə alınan rekord istilik dalğası 10650 ölüm halı ilə müşayiət olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropada Ölüm hallarının Monitorinqi Şəbəkəsinin (EuroMOMO) məlumatında deyilir. 

27 Avropa ölkəsində toplanmış statistik məlumata görə, ölüm hallarının böyük əksəriyyəti - 9000-dən çoxu 65 və yuxarı yaş insanlar arasında qeydə alınıb. Xüsusilə yüksək ölüm göstəricilərinin Belçika və Fransada müşahidə olunduğu bildirilir. 

Alimlər qeyd ediblər ki, ekstremal istilər istilik vurması, ürək-damar və tənəffüs yolları xəstəliklərinin kəskinləşməsi səbəbindən ölümə gətirib çıxara bilir. Bu baxımdan əhalinin ən həssas qrupları yaşlı insanlardır.