“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq”

biz-dord-kend-meselesini-hec-vaxt-yaddan-cixarmamisiq
Oxunma sayı: 1950

“İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib.

Dövlət başçısı bildirib: “Eksklavlar məsələsi başqadır, çünki o, daha mürəkkəbdir. Həmin ekskavlar digər ölkənin əhatəsində olan ərazidə yerləşir. Ona görə onlar delimitasiya prosesində həll olunmalıdır”.