“Bank VTB” fərdi sahibkarlar üçün 50 000 AZN-dək mikro kredit kampaniyasına start verib.
Onlayn müraciət üçün: https://shorturl.at/lVR73
Biznesin inkişafı üçün yeni imkanlar axtaran fərdi sahibkarlar üçün “Bank VTB” (Azərbaycan) yeni mikro kredit kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində fərdi sahibkarlar 50 000 AZN-dək mikro kreditdən 0% komissiya ilə yararlana, üstəlik, kredit üzrə faiz dərəcəsinə 3%-dək endirim əldə edə bilərlər.
Kampaniyanın üstünlüklərindən biri də 30 000 AZN-dək kredit məbləğinin girovsuz və filiala gəlmədən onlayn rəsmiləşdirilməsinin mümkün olmasıdır. Bu isə sahibkarlara biznes ehtiyacları üçün maliyyə dəstəyinə daha rahat və çevik şəkildə çıxış imkanı yaradır.
Yeni maliyyə imkanlarından biznesin böyüdülməsi və yeni mərhələyə keçirilməsi, dövriyyə vəsaitlərinin artırılması, avadanlıq və zəruri resursların alınması, mal və məhsul ehtiyatlarının yenilənməsi, eləcə də digər biznes ehtiyaclarının maliyyələşdirilməsi üçün istifadə etmək mümkündür.
“Bank VTB” (Azərbaycan)-ın İdarə Heyəti sədrinin müavini Tural Hüseynov bildirib:
“Kiçik sahibkarlığın inkişafına dəstək “Bank VTB”nin fəaliyyətində prioritet istiqamətlərdən biridir. Sahibkarların maliyyə resurslarına rahat çıxışını təmin etməklə yanaşı, kredit prosesinin mümkün qədər sadə və çevik olmasına da xüsusi önəm veririk. Yeni kampaniya çərçivəsində təqdim etdiyimiz 0% komissiya, faiz dərəcəsinə 3%-dək endirim və 30 000 AZN-dək girovsuz mikrokredit imkanları məhz sahibkarların biznes ehtiyaclarına uyğun hazırlanıb. Kredit üçün tam onlayn müraciət imkanının yaradılması isə prosesi daha da rahat və operativ edir. Ümid edirik ki, bu imkanlar sahibkarlara bizneslərinin maliyyə ehtiyaclarını çevik şəkildə qarşılamağa, gündəlik fəaliyyətlərini daha rahat idarə etməyə və inkişaf planlarını inamla həyata keçirməyə imkan verəcək”.
Mikro krediti “Bank VTB” (Azərbaycan)-ın bütün filiallarına müraciət edərək rəsmiləşdirmək, bankın rəsmi internet saytı — VTB.AZ vasitəsilə onlayn müraciət göndərmək, həmçinin 986 qısa nömrəsinə zəng edərək ətraflı məlumat almaq mümkündür.
Son xəbərlər
Son Xəbərlər