Britaniya parlamentində oturaraq etiraz aksiyası keçirdilər - Video

britaniya-parlamentinde-oturaraq-etiraz-aksiyasi-kecirdiler
Oxunma sayı: 1749

Fələstin Həmrəyliyi Kampaniyası (PSC) üzvləri Qəzzada daimi atəşkəs üçün Böyük Britaniya parlamentində oturaq etiraz aksiyası keçiriblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Böyük Britaniya KİV-i məlumat yayıb.

Etirazçılar Qəzza zolağında daimi atəşkəsin təmin olunması və müharibənin bitməsini tələb ediblər.

Qeyd edək ki, Qəzza zolağında atəşkəs noyabrın 23-ü yerli vaxtla 10:00-da (Bakı vaxtı ilə 12:00) qüvvəyə minəcək.

Onun 5 gün davam edəcəyi bildirilib.