Kanadanın Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampın Ontario gölünün adını “Amerika” olaraq dəyişdirmək qərarına münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, Karni “X” sosial şəbəkəsindəki hesabında gölün öz adını saxlayacağını vurğulayıb:
“Bu adın 400-dən çox yaşı var. O, Kanada Konfederasiyasının yaranmasından və ABŞ Müstəqillik Bəyannaməsinin qəbulundan çox-çox əvvəl peyda olub”.
Kanadalı baş nazir ABŞ-də baş verən dəyişikliklərə diqqət çəkərək əlavə edib:
“Ticarət əlaqələri, xarici siyasət, milli abidələr və hidronimlər dəyişir. Lakin kanadalılar yaxşı bilirlər ki, hər şeyi öz adı ilə çağırmaq bu gölü Ontario adlandırmaq deməkdir. Bu, belə olub, belədir və həmişə də belə qalacaq”.
Son xəbərlər
Son Xəbərlər