Bu ərazilərdə temperatur -5 dərəcəyədək enib - Fotolar

bu-erazilerde-temperatur-5-dereceyedek-enib
Oxunma sayı: 479

Quba və Qusar rayonlarının dağlıq ərazilərinə qarın yağması ötən gecə də davam edib. Ən çox qar Qubanın Xınalıq və Qırız kəndlərində müşahidə olunub.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, Xınalıq kəndinin bəzi ərazilərində qar örtüyünün hündürlüyü 20 santimetrədək olub.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib ki, qarın yağması Qusarın Ləzə, Qubanın Xınalıq və Qırız kəndlərində daha çox müşahidə olunub.

Mərkəzin ərazilərdə yerləşən stansiyalardan Xınalıqda 5, Qırızda 10, Ləzədə isə 1 santimetr qar örtüyü qeydə alınıb.

Ötən gecə və səhər saatlarında ən aşağı temperatur Qubanın Qırız kəndində qeydə alınıb. Burada temperatur mənfi 5 dərəcəyə, Xınalıqda isə mənfi 4 dərəcəyə enib.

Bu gün səhər saatlarından etibarən hava nisbətən mülayimləşib və gün çıxıb.