“Bu mərhələyə yüksəlmək hər bir məşqçinin xəyalıdır” - Video

bu-merheleye-yukselmek-her-bir-mesqcinin-xeyalidir
Oxunma sayı: 401

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Danimarkanın “Orxus” klubu ilə üz-üzə gələcək “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas qarşılaşma öncəsi açıqlamalar verib.

“Qafqazinfo” xəbər verir ki, litvalı mütəxəssis komandasının görüşə tam hazır olduğunu vurğulayıb:

“Uzun səyahətdən sonra artıq buradayıq və Orxusda olmaqdan böyük məmnunluq duyuruq. Bu mərhələyə yüksəlmək hər bir məşqçinin və komandanın xəyalıdır. Sabahkı matça çox yaxşı hazırlaşmışıq. Danimarka futbolu milli, klub və fərdi keyfiyyətlər baxımından çox yüksək səviyyədədir, lakin biz rəqibimizi yaxşı tanıyırıq. Onların həm güclü, həm də zəif tərəflərinə bələdik. Çalışacağıq ki, öz üstünlüklərimizdən maksimum istifadə edib meydandan qalib ayrılaq. İnanıram ki, futbolçularım meydanda hər bir xırda detalı belə dəqiqliklə icra edəcəklər”.

Son Azərbaycan çempionunun sükanı arxasında olan Dambrauskas mərhələ adlamaq şanslarını da dəyərləndirib:

“Bu mərhələ iki oyundan ibarətdir. İlk hissəni sabah oynayacağıq, ikinci hissəni isə gələn həftə Bakıda keçirəcəyik. İnanıram ki, cavab görüşündə ev sahibi kimi azarkeşlərimiz önündə əlimizdən gələni edəcəyik və iki oyunun nəticəsinə görə mərhələ adlayan tərəf biz olacağıq”.