Ermənistan itkin düşmüş şəxslərin axtarışı və onların talelərinə aydınlıq gətirilməsi məsələsində Azərbaycanla əməkdaşlığa hazırdır.
“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən brifinqdə bildirib.
Ermənistandan təxminən 1000 nəfər itkin düşmüş şəxsin olduğunu deyən Paşinyan məsələnin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.
O, iki ölkənin komissiyalarının bu istiqamətdə daha sıx işləyə biləcəyini söyləyib, bununla belə itkin düşmüş şəxslər haqqında məlumat çatışmazlığının əsas problem olaraq qaldığını qeyd edib.
Son xəbərlər
Son Xəbərlər