Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində zolaq sayı artırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, buna səbəb Binəqədi qəsəbəsi istiqamətində yaranan nəqliyyat sıxlığının azaldılmasıdır.
Xətlənmə işləri aparılmaqla yeni düzünə hərəkət zolağı təşkil edilib. Sözügedən yol kəsişməsində əvvəl düzünə hərəkət yalnız bir zolaqla mümkün idi. Dəyişiklikdən sonra nəqliyyat vasitələri hərəkətlərini artıq iki zolaqla davam etdirə bilirlər.
Son xəbərlər
Son Xəbərlər