“Bunun səbəbi Fransanın uzun illər yürütdüyü müstəmləkəçilik siyasətidir”

bunun-sebebi-fransanin-uzun-iller-yurutduyu-mustemlekecilik-siyasetidir
Oxunma sayı: 976

“Uzun illərdir Fransa öz məsuliyyətindən qaçır. Bundan sadəcə utanmaq lazımdır”.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bunu Tavini Partiyasının Gənclər və beynəlxalq münasibətlər üzrə baş katibinin müavini (Fransız Polineziyası) Ella Tokoragi noyabrın 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Ölkəmizdə təhsil, səhiyyə sistemi çökmüş vəziyyətdədir. Bunun da səbəbi Fransanın uzun illər yürütdüyü müstəmləkəçilik siyasətidir. Təəssüf ki, bizim uşaqlarımız ana dillərini Fransa tarixini bildikləri qədər bilmirlər. Səhiyyə sistemimiz elə bir vəziyyətdədir ki, pandemiya zamanı ölkə əhalimizin sayı 2-3 milyon olsa da, 700-dən çox insan həyatını itirdi. Ölkəmizdə Fransa tərəfindən 193 nüvə sınağı həyata keçirilib. Ölkəmizin qadın və kişiləri xərçəng xəstəliyinə yoluxub. Digər tərəfdən, adət-ənənələrin ağırlığı, mentalitet də qadınların azadlığı üçün əngəldir. Bu sahələrdə islahatlar aparılmalıdır”, - deyə o qeyd edib.