ABŞ Prezidenti Donald Trampın Corciya ştatının Marietta şəhərindəki çıxışı dövlət başçısının nitqi ilə yanaşı, arxada əyləşən gəncin hərəkətləri ilə də diqqət çəkib.
“Qafqazinfo” xəbər verir ki, canlı yayımlanan çıxış zamanı həmin gəncin Trampı təqlid etməsi, onun üz ifadələrini və hərəkətlərini təkrarlaması sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.
Kadrlardan görünür ki, Tramp daxili və xarici gündəmlə bağlı ciddi bəyanatlar verdiyi bir zamanda arxada əyləşən qara kostyumlu və çəhrayı qalstuklu bir gənc üz ifadələrini dəyişir və dövlət başçısının məşhur bədən dilini təqlid edir. Təhlükəsizlik xidməti əməkdaşlarının və tədbir təşkilatçılarının müdaxilə etməməsi isə bu maraqlı anların canlı yayımda nümayiş olunmasına şərait yaradıb.
Görüntülərin əks olunduğu xəbərlər dünya mətbuatında və sosial şəbəkələrdə ən populyar videolar sırasına daxil olub.
Həmin görüntüləri təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər