Çempionlar Liqası matçları ilə bağlı qərar verildi

cempionlar-liqasi-matclari-ile-bagli-qerar-verildi
Oxunma sayı: 4545

Çempionlar Liqası oyunları planlaşdırıldığı kimi keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə UEFA bəyanat yayıb.

Qeyd edək ki, bu gün və sabah turnirin 1/4 final mərhələsinə ev sahibliyi edəcək stadionlara terror hücumu təhlükəsi ilə bağlı məlumatlar yayılmışdı. Qarşıdakı matçlar zamanı təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyi bildirilir.
 
Bu gecə Londonda “Arsenal” və “Bavariya” üz-üzə gələcək, “Real” isə “Mançester Siti”ni qəbul edəcək. Aprelin 10-da Madrid “Atletiko”su İspaniyanın paytaxtında Dortmund “Borussiya”sı, PSJ isə Parisdə “Barselona” ilə qarşılaşacaq.