Dünyaşöhrətli müğənni müğənni və aktrisa Cennifer Lopez Beverli Hillsdə alış-veriş edərkən lüks “vintage” mağazaya baş çəkib.
“Qafqazinfo” xəbər verir ki, o, “ikinci əl” kimi tanınan, lakin əslində, yüksək səviyyəli “vintage” dizayner geyimləri ilə məşhur “What Goes Around Comes Around” butikində görüntülənib.
O, dərin V-yaxalı uzun qara don seçimi ilə həm zərif, həm də cəsarətli obraz yaradıb.
Qeyd edək ki, “What Goes Around Comes Around” klassik “second-hand” mağazalarından fərqli olaraq, keçmiş illərə aid sertifikatlaşdırılmış və seçilmiş lüks dizayner çantaları, aksesuarları və geyimləri ilə tanınır. Cennifer Lopezin bu butikdə alış-veriş etməsi isə “vintage” və “ikinci əl” dəbinin artıq qırmızı xalça səviyyəsinə yüksəldiyini nümayiş etdirir.












Son xəbərlər
Son Xəbərlər