Çin avtomobilləri üçün orijinal ehtiyat hissələri gətiriləcək - Video

cin-avtomobilleri-ucun-orijinal-ehtiyat-hisseleri-getirilecek
Oxunma sayı: 1547

15 aprel tarixindən etibarən  Bakıda Çin istehsalı avtomobillər üçün orijinal ehtiyat hissələri satışı mərkəzi fəaliyyət göstərəcək.

"CN Motors" adlanan mərkəzdə Çin istehsalı elektrik, hibrid və daxili yanma mühərrikli avtomobillər üçün bütün ehtiyat hissələrini almaq mümkün olacaq. 40 dan çox modeli əhatə edəcək ehtiyat hissələri bir başa istehsalçı zavodlardan tədarük olunacaq. Mərkəzin əsas məqsədi vətəndaşları şişirdilmiş qiymətlərdən azad etmək və orijinal ehtiyat hissələri ilə təmin etməkdir. 

Şirkətin direktoru  Ədalət Babayevin verdiyi məlumata əsasən ilin sonuna qədər 50 dən çox avtomobil  modeli üçün bütün ehtiyat hissələri olacaq. 

Ünvan: Babək prospekti 31e
Əlaqə nömrəsi: 051 271 11 44