“Çox böyük səhv edirlər”

cox-boyuk-sehv-edirler
Oxunma sayı: 459

“Husilər çox böyük səhv edirlər”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ohayo ştatında keçiriləcək seçki mitinqinə yola düşməzdən əvvəl Ağ Evin qarşısında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, Yəməndəki husilərin Səudiyyə Ərəbistanına hücumlarını artırmasını tənqid edərək bunun qəbuledilməz olduğunu deyib: “Husilər səhv, çox səhv bir şey edirlər. Bu, heç də yaxşı deyil”.

Husi hücumlarının artması ilə ABŞ-də keçiriləcək aralıq Konqres seçkiləri arasında əlaqə görüb-görmədiyi barədə suala isə Tramp bunun seçkilərə necə təsir edəcəyini bilmədiyini və bu məsələni nəzərə almadığını bildirib.