Daşınmaz əmlaka görə vətəndaşlara bu qədər ƏDV qaytarılıb

dasinmaz-emlaka-gore-vetendaslara-bu-qeder-edv-qaytarilib
Oxunma sayı: 970

Azərbaycanda bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

Bu barədə “Qafqazinfo”ya Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2025-ci il ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 31 milyon 366,9 min manat təşkil edib.