Qarabağ müharibəsinə dair kitabın xüsusi təqdimatı keçirildi - Fotolar

qarabag-muharibesine-dair-kitabin-xususi-teqdimati-kecirildi
Oxunma sayı: 51

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” (“The War for Karabakh: Strategy, Technology, and Victory”) kitabının xüsusi təqdimatını və ona dair mühazirə təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İnkişaf və Diplomatiya İnstitutunun sosial şəbəkə hesabında məlumat paylaşılıb. 

Bildirilib ki, tədbirdə kitabın həmmüəllifi, hərbi ekspert Con Spenser də iştirak edib.

Mühazirə zamanı Con Spenser Azərbaycanın 44 günlük müharibəsini təhlil edərək və hərbi strategiya, texnoloji yeniliklər və Azərbaycanın qələbəsinin əsas amillərinə toxunaraq öz tədqiqatı ilə bağlı məlumatları iştirakçılarla bölüşüb.

Qeyd edək ki, sözügedən kitab xarici ekspertlər tərəfindən 44 günlük müharibənin hərtərəfli hərbi tədqiqinə həsr olunmuş ilk əsərlərdən biridir.